Taxta qaşıqlar mətbəxin vazkeçilməz məhsulları arasındadır. Mütəxəssislər qabyuyan maşına taxta qaşıq və spatula qoymağı məsləhət görmürlər. Çünki taxta material yuyucu vasitəni özünə çəkir. Bu səbəbdən gündəlik təmizlikdən əlavə ayda bir dəfə dərin təmizlik tələb olunur.
Tribunainfo.az Taxta qaşıq və spatulanı 3 addımda təmizləməyin sirrini təqdim edir.
1- Bir qazan sudataxta qaşıq və spatulaları təxminən 10 dəqiqə qaynatın. Çünki qaynama zamanı içəriyə nüfuz edən yağlar ayrılır.
2- Bir qaba qoyduğunuz qaşıq və spatulanın üzərinə 1 yeməkqaşığı soda və bir stəkan ağ sirkə tökün. Daha 5 dəqiqə gözləyin. Sonra ona qaynadılmış su əlavə edin.
3-Bu şəkildə liflər arasında qalan yağlar soda və sirkə qarışığı ilə birlikdə üzə çıxır. 10 dəqiqə gözlədikdən sonra durulayın və qurudun.