Bəzi qidaların, meyvə-tərəvəzlərin, onların qabıqlarının orqanizmimizə bilmədiyimiz xeyirləri var.
Tribunainfo.az hər kəs üçün əhəmiyyətli olacaq bu məlumatları sizin üçün hazırlayıb:
Banan qabığında bol miqdarda xoşbəxtlik hormonu var. Gündə 2 dilim banan qabığı yemək, bu hormonu 15% artırır və daha xoşbəxt edir. Təbii ki təmiz yuyulduqdan sonra yeyilməsi məsləhətdir.
Gündə 1 diş sarımsaq udsanız bağırsaq mikroflorası canlanar. Qəbizlik problemi olmaz.
Arıqlamağın ən asan 5 yolu: Yeməkdən qabaq su iç, hərgün qatıq ye, acı bibər ye, darçınlı türk qəhvəsi iç, gündə 5 dəqiqə rəqs et.
Meyvənin içindəki vitamindən, minerallardan faydalanmaq istəyirsinizsə, onları bütöv halda yeməlisiniz. Sıxılmış meyvə suları xeyirdən çox zərər verir.