Bunlar vaxtından əvvəl ölümün qarşısını ala bilərbackend

Bunlar vaxtından əvvəl ölümün qarşısını ala bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada aparılan araşdırma hər gün 11 dəqiqəlik sürətli gəzməyin vaxtından əvvəl ölümün qarşısını ala biləcəyini aşkarlayıb.

Tribunainfo.az “StudyFinds” saytına istinadən xəbər verir ki, Böyük Britaniyada yerləşən Kembric Universitetinin tədqiqatçıları sürətli yerimə, rəqs etmək, velosiped sürmək, tennis oynamaq və ya gəzintilərin vaxtından əvvəl ölüm, ürək-damar xəstəlikləri və bəzi xərçəng növləri riskini əhəmiyyətli dərəcədə azalda biləcəyini müəyyən edib.

Tədqiqatda qeyd olunub ki, hər gün 11 dəqiqəlik sürətli gəzinti hər 10 nəfərdən birində ani ölüm riskinin qarşısını ala bilər. Bu sürətli gəzinti həftədə 75 dəqiqə orta intensivlikdə fiziki fəaliyyətə bərabərdir.

Bu kontekstdə tədqiqat qrupu 30 milyondan çox iştirakçını əhatə edən 196 rəyi nəzərdən keçirib. Daha sonra iştirakçıların fiziki fəaliyyət səviyyələri ilə ürək xəstəliyi, xərçəng və vaxtından əvvəl ölüm riski arasındakı əlaqəni araşdırıblar.

İngiltərənin Milli Sağlamlıq Sistemi (NHS) hər həftə ürək döyüntüsünü artıran 150-300 dəqiqə fiziki fəaliyyət və ya tənəffüs sürətini artıran həftədə 75-150 dəqiqə sürətli gəzintini tövsiyə edib.

Kembric Universitetinin tədqiqatına rəhbərlik edən professor Soren Brage, mövzu ilə bağlı verdiyi açıqlamada, fiziki fəaliyyətlə məşğul olmağın insan orqanizminin sağlamlığı üçün hərəkətsizlikdən daha yaxşı olduğunu vurğulayıb: “Həftədə 75 dəqiqə fiziki idmanla məşğul olursunuzsa, bu rəqəmi tədricən artırmağa cəhd edə bilərsiniz”.

Kembric Universitetinin professoru həkimi James Woodcock da tədqiqatın nəticələrini qiymətləndirib: “Gəzinti və ya velosiped sürmək kimi fiziki fəaliyyətlər sizin üçün faydalıdır, xüsusən də ürək-damar problemindən əziyyət çəkən şəxslərə faydası əvəzolunmazdır. Eyni zamanda tədqiqatda gəzinti və fiziki aktivlik əhəmiyyətli dərəcədə xərçəng riskini azaltdığı aşkar edilib”.