“BUNLAR ERMƏNİSTANA BAHA BAŞA GƏLƏCƏK” – POLİTOLOQbackend

“BUNLAR ERMƏNİSTANA BAHA BAŞA GƏLƏCƏK” – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Los – Ancelesdə konsulluğumuz qarşısında “arsax” meydanının açılışı olacaq. Ondan bir gün sonra isə Almaniya və Fransanın istəkləri ilə Laçın yolundakı vəziyyət Madriddə müzakirəyə çıxarılacaq.

Tribunainfo.az xəbər verir ki, meydan açılışı və Madrid müzakirəsi barədə danışan politoloq Zaur Məmmədov bildirib ki, bu bədbəxtlər bilmir ki, məsələ fərqli formatda artıq həllini tapıb. 10 gün ərzində yolun açılması münkündür, Ağdamdan gedən kommunikasiyanın açılmasından sonra:

“Qərbin bəzi dairələri öz platformasında baş tutan uğurlu görüşləri Fransanın bu addımları ilə alt-üst edərək etibarsız olduqlarını göstərdi və nəticədə son problem onlarsız həll ediləcək.

Fidan – Lavrov görüşü və Ərdoğan – Putin görüşləri xüsusilə vacibdir. Paşinyanın Makronla birlikdə Qarabağa beynəlxalq qüvvələri gətirmək planı Ermənistana baha başa gələcək.

Hazırda heç kimin deyil, məhz cənab Prezidentin qəti iradəsi nəticəsində dünya Azərbaycanın mövqeyi ilə razılaşmaqdadır. Proseslər buna doğru gedir”.