Almaniya Bundesliqasında 2018/19 mövsümünün ilk dövrəsinin ən yaxşı futbolçusunun adı açıqlanıb.
TİA.AZ sport24.az-a istinadən xəbər verir ki, “Kicker” nəşrinin futbolçular arasında keçirdiyi sorğuda, Dortmund “Borussiya”sının futbolçusu Marko Roys ilk dövrənin ən yaxşı oyunçusu seçilib.
214 futbolçunun iştirak etdiyi Roys 44 faiz səslə qalib olub.
Roys cari mövsümdə 24 qarşılaşmada iştirak edərək, 14 qol vurub və 9 məhsuldar ötürmə verib