Revmatizm vətərlər, əzələlər, bağlar, sümüklər və oynaqlar kimi bir və ya bir neçə strukturu təsir edən, ağrıya və hərəkətin məhdudlaşdırılmasına səbəb olan dayaq-hərəkət sistemi xəstəliyidir.
Tribunainfo.az Ensonhaberler-ə istinadən xəbər verir ki, revmatizmdən əziyyət çəkənlər təbii yollarla bu problemdən xilas olmağın yollarını axtarırlar.
Qalanqal otu son vaxtlar tez-tez gündəmdə olduğu üçün diqqətdən yayınmayıb.
Necə istifadə etməli?
Qalanqal otu son dərəcə müalicəvi bitkidir. Qalanqal tozunu keçiboynuzu bəkməzi ilə qarışdırıb məcun hazırlayıb yeyə bilərsiniz.
Bir stəkan suya bir çay qaşığı qalangal tozunu əlavə edin, təxminən 15 dəqiqə dəmləyin və için. İstəyirsinizsə, bal və şəkər əlavə edə bilərsiniz.
Qalanqalın acı dadını yumşaltmaq üçün qarışığa dadlandırıcılar əlavə etmək olar