Bundan artıq kofe içməyinbackend

Bundan artıq kofe içməyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada milyonlarla insan səhər oyanan kimi günə kofe içməklə başlayır. Lakin mütəxəssislərin fikrincə, qəhvə içmək üçün ən sağlam vaxt 09.30-11.30 olmalıdır. Çünki kortizol hormonunun azaldığı saatlarda qəhvə içmək enerjimizi artırır.
Qəhvə geniş şəkildə istehlak edilən bir söhbət içkisi olmaqla yanaşı, tərkibində kofein, xlorogen turşusu, kahveol, kafestol kimi yüzlərlə bioaktiv birləşmədir. Mütəmadi olaraq qəhvə içən fərdlərdə demans, insult, depressiya, qaraciyər və kolon xərçəngi, ürək-damar xəstəlikləri riskinin daha az olduğu təsbit edilib.

Tərkibindəki polifenollərin antioksidant və iltihab əleyhinə təsirləri var. Kofein maddələr mübadiləsini sürətləndirir, yağ yandırılmasını artırır. Qəhvənin zərdabın iltihabi markerlərini azaltdığı və xroniki xəstəliklərin riskini aşağı saldığı sübut edilib.

Mütəxəssislər qəhvənin bütün bu faydalı xüsusiyyətlərinin üyüdülməmiş növünə aid olduğunu vurğulayıb. Son araşdırmalar, müntəzəm olaraq süzgəcli qəhvə istehlak edən qadınlarda süd vəzi xərçəngi riskinin yüzdə 50 daha az olduğunu, müntəzəm olaraq dənəvər (suda həll olunan) qəhvə istehlak edən qadınlarda isə bu riskin yüzdə 50 daha çox olduğunu göstərib.

Təhlükəsiz gündəlik kofein istehlak miqdarının çox əhəmiyyətli olduğunu da unutmayın. Gündəlik kofein istehlak limiti kiloqramı üçün 3-4 mq-dır. Yəni 70 kq ağırlığında bir şəxs gündəlik orta təhlükəsiz kofein həddi 280 mq-ı aşmamalıdır. Qəhvə limitini aşan insanlarda sürətli ürək döyüntüsü, narahatçılıq, halsızlıq, yuxusuzluq, əllərdə titrəmə müşahidə olunur. Həddindən artıq kofein istehlakı qan təzyiqini artıra bilər. Orqanizmdən kalsium ifrazını artıraraq sümük kövrəkliyini artırır.