“Buna görə o şəxslərə azadetmə tətbiq etdik”

“Buna görə o şəxslərə azadetmə tətbiq etdik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son dövrlər Azərbaycan Respublikası tərəfindən beynəlxalq müqavilədəki hallar nəzərə alınmaqla, ikili vətəndaşlıq tanınmır. Ancaq təəssüflər olsun ki, bir neçə vətəndaş müraciət edir ki, digər xarici ölkələrin vətəndaşıdır, orada xidmət keçiblər. Biz də bunların vətəndaşlıq məsuliyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti prosedur qaydalarına riayət etməliyik”.

Tribunainfo.az  xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi, polkovnik Azər Babayev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Qərar verilir ki, bunların vətəndaşlıq məsuliyyəti tanınsın. Bu qərardan sonra biz onları hərbi xidmətə cəlb edəndə böyük narazılığa səbəb olur. Deyirlər ki, xidmət keçmişəm, çağırışdan azad edilmişəm, iki uşağım var və s. Bu, ondan doğan məsələdir. Biz burada bir anlayış da vermişik – doğulduğu anda hər iki valideynin Azərbaycan vətəndaşı olması istisna olmaqla.

Burada hüquqi ilə yanaşı, siyasi yanaşma da var. Yəni hər iki valideyn Azərbaycan vətəndaşıdırsa, xidmət etməlidir. Kimsə müraciət edəndə anası rus, atası azərbaycanlıdırsa, onda günah olmur. İlkin olaraq onun siyasi bağlılığı həmin dövlətlədir. O doğulduğu ölkədə müddətli həqiqi xidməti keçməyə borcludur. Biz onu növbəti hərbi xidmət keçməyə çağırırıq və yenidən hərbi xidmətə cəlb edirik. Vətəndaş kimi onun iki dəfə hərbi xidmət keçməsi onun öz iradəsindən asılı olmur. Biz buna görə onlara azadetmə tətbiq etdik”, – deyə A.Babayev bildirib.