Uşaqlarda qurd xəstəliklərinə tez-tez rast gəlinir. Mütəxəssislər hesab edir ki, bəzi gigiyena qaydalarına əməl etməklə belə qurd xəstəlikərindən də yan keçmək mümkündür.
Tribunainfo.az xəbər verir ki, uşaqlarda bağırsaq parazitlərindən qorunmaq üçün əl gigiyenasına, meyvə-tərəvəzlərin təmiz yuyulmasına, yataq örtüklərinin yüksək temperaturda yuyulub ütülənməsinə və oyuncaqların tez-tez təmizlənməsinə diqqət etmək lazımdır.
Əlləri vaxtaşırı yumaqla xəstəliklərin yaranmasının qarşısını almaq mümkündür.
Həkimlərin tövsiyəsinə əsasən sanitar qovşaqdan istifadədən sonra, yeməkdən əvvəl, burun silindikdən sonra, ictimai nəqliyyatdan istifadədən sonra, məktəbdən, parkdan, əyləncə mərkəzindən gəldikdən sonra mütləq əllər yuyulmalıdır. Əl ən az sabunla 15 saniyəyə qədər yuyulmalıdır.