Bulvarda kaktusu yandıran şəxs həbs edildi – Video

Bulvarda kaktusu yandıran şəxs həbs edildi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dənizkənarı Bulvar ərazisində kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, əməli törədən şəxs – 2003-cü il təvəllüdlü Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb: “Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Bakı bulvarında bir gəncin park ərazisindəki kaktusun yarpaqlarını yandırmasını əks etdirən görüntülər yayılmışdı.