Bulvar İdarəsi tibb şirkətindən geyim alıb – Tenderbackend

Bulvar İdarəsi tibb şirkətindən geyim alıb – Tender

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dənizkənarı Bulvar İdarəsi Publik Hüquqi Şəxs “Xüsusi geyim və fərdi qoruyucu vasitələrin satın alınması” üzrə tender layihəsinə yekun vurub. Tribunainfo.az xəbər verir ki, həmin tenderin qalibi “GİLL MED” QSC olub.
Satınalma müqaviləsinin dəyəri isə 26.296,3 manat təşkil edib.
Apardığımız araşdırma zamanı məlum olub ki, “Gill Med” MMC tibbi geyimlərin satışı ilə məşğul olur. Bunu rəsmi saytında da qeyd ediblər. Əsasən tibb bacıları üçün üst geyimlər, maskalar və yağmurluqlar satışını həyata keçirirlər.
Xatirladaq ki, sözügedən şirkət 2020-ci ildə yaradılıb. Şikrətin mərkəzi ofisi Lökbatanda yerləşən “Qobu Park-3” yaşayış massivində yerləşir. Bu “Gill Med”in tenderlərdə ilk qalibiyyəti deyil. Onlar həmçinin “İcbari Tibbi Siğorta Üzrə Dövlət Agentliyi”nin bu ilin aprelində keçirilən böyük məbləğli satınalma müqaviləsini də imzalayıblar. Belə ki, “Gill med” “Ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatların satın alınması” üzrə tenderdə qalib olaraq, Dövlət Agentliyindən 18 milyon 316 min 904 manatlıq sifariş alıb.