Bulvar İdarəsi 227 minlik kompüter alırbackend

Bulvar İdarəsi 227 minlik kompüter alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaxınlarda keçmiş rəhbəri həbs olunan Dənizkənarı Bulvar İdarəsi yeni tender keçirib. Tribunainfo.az xəbər verir ki, İdarə kompüter,digər kommunikasiya avadanlıqlarının. onların ehtiyat hissələrinin və İT sisteminin satınalınmasını həyata keçirəcək.
Bununla əlaqədar isə “TELCON” MMC ilə 227.383,62 manatlıq satınalma müqaviləsi imzalanıb.
Xatırladaq ki, Dənizkənarı Bulvar İdarəsinin sabiq rəhbəri İlqar Mustafayev xüsusilə külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü və 308-ci maddələri ilə ittiham irəli sürülüb.

“TELCON” MMC-yə gəldikdə isə bu şirkət 2010-cu ildə yaradılıb. Hazırda Əhməd Rəcəbli 69X ünvanından idarə olunun MMC innovasiya və kompyüter texnologiyaları sahəsində ixtisaslaşıb. Şirkətə Azər Həmzəyev rəhbərlik edir.