Türkiyənin məşhur və qalmaqallı müğənnisi Bülənt Ersoyun sərvəti məlum olub.
Tribunainfo.az xəbər verir ki, B.Ersoyun təkcə İstanbulda deyil, Türkiyənin hər bir tərəfində, hətta ən bahalı istirahət mərkəzlərində də mülkləri olduğu məlum olub.
Belə ki, müğənninin İstanbulda 28 mənzili, 4 luks villası, Muğla Bodrum, Antalya və Marmarisdə villaları, İstanbul Fənərbağxaçada saunası, Fəthiyədə yanacaq doldurma məntəqəsi var. Həmçinin sənətçinin 30 metrlik luks yaxtası, kirayə verdiyi xeyli sayda kran və buldozerləri də var.
Gülşən Rəsul