Bukinhem sarayında gəlin böhranı: elti saraydan köçür

Bukinhem sarayında gəlin böhranı: elti saraydan köçür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngilislərin “Möhtəşəm dördlük” adlandırdığı şahzadə Uilyam, Keyt Middleton, şahzadə Harri və Meqan Markl arasında qalmaqal yaşanıb. 

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hətta son nəticədə heç kimin gözləmədiyi bir hadisə baş verib.
Şahzadə Harri həyat yoldaşını da götürüb Kraliça II Yelizavetin onlara hədiyyə etdiyi Frogmore House adlı malikanəyə köçür. İngiltərə mediasında yer alan xəbərlərə görə, şahzadə Harri və Meqan gələn ilin yazında dünyaya gələcək uşaqlarını “akvarium balığı” kimi böyütməmək üçün belə bir qərar qəbul ediblər. Amma kulislərdən mediaya ötürülən iddialara görə, əsas səbəb Meqan Marklın ailəyə qatılmasından sonra getdikcə artan narazılıqlardır.

Buckingham Sarayında gelin krizi: Elti, saraydan taşınıyor

Şahzadə Uilyamın Keyt Middlton ilə evlənməsindən sonra uzun müddət “xoşbəxt üçlük” olaraq kameralar qarşısına çıxan, kral vəzifəsinə gedən qardaşların yolunun ayrılmasını sürətləndirən hadisə isə şahzadə Harrinin Meqan Markl ilə evlənməsi oldu. Keçən may ayında evlənən cütlük bir çox ailə üzvü ilə birlikdə özlərinə aid yaşadıqları Kensington sarayından köçməyə qərar verdi.

Buckingham Sarayında gelin krizi: Elti, saraydan taşınıyor

İki qardaşın yollarını ayırmasının arxasında dayanan səbəb isə kulislərdə gəzən iddialara görə, böyük gəlin Keyt Middlton ilə ailəyə yeni qatılan Meqan Marklın yola getməməsidir. Nə qədər insanlara qarşı xoşbəxt bir tablo nümayiş etdirsələr də, iki elti çox da yaxşı yola getmir. Üstəlik, şahzadə Harrinin “Meqan nə istəsə, onu da alacaq” israrı gərginliyi daha da böyüdüb.
Şahzadə Harri və Meqan nişan şəkillərinin də çəkildiyi 10 otaqlı Frogmore evində yeni bir həyata başlayacaq. Şahzadə Harri və Keyt Middlton isə Kensington sarayında, onlara ayrılan mənzildə yaşamağa davam edəcək.

Buckingham Sarayında gelin krizi: Elti, saraydan taşınıyor

Bu köçmə xəbəri bəzi pozitiv kral ailəsi müşahisəçiləri tərəfindən çox da faciəvi şəkildə qiymətləndirilmir. Onların fikrincə, cütlük kraliça II Yelizavetanın onlara hədiyyə etdiyi malikanadə həyatlarını davam etdirməyə qərar verib. Bütün olub-bitən də budur. Bu cür düşünənlər şahzadə Uilyam ilə Keyt Middltonun da bir müddət yenə kraliça tərəfindən onlara hədiyyə edilən Anmer Hollda yaşadıqlarını xatırladırlar.

Şahzadə Uilyam ilə Keyt Middlton da bir müddət saraydan çıxıb, təbiətin qoynunda bir evə köçmüşdü. Bu ev o müddətdə ambulans helikopteri pilotu olaraq çalışan şahzadə Uilyamın iş yerinə də yaxın idi.

Buckingham Sarayında gelin krizi: Elti, saraydan taşınıyor

Amma şahzadə daha sonra bu vəzifədən çıxıb, kral ailəsindəki vəzifələrini yerinə yetirməyə başladı. Şahzadə Uilyam taxta çıxmaq sırasında atası şahzadə Çarlzdan sonra gəlir. Onun ardınca da uşaqları şahzadə Corc, Şarlotta və Luis sırada dayanıb,.

Şahzadə Harri isə taxta çıxmaq üçün altıncı sırada yer alır. Əgər kraliça II Yelizaveta hər hansı bir dəyişiklik etməsə, Meqan ilə şahzadə Harrinin uşağı şahzadə ünvanı ala bilməyəcək.

Buckingham Sarayında gelin krizi: Elti, saraydan taşınıyor

Şahzadə Harrinin uşağının özü kimi şahzadə ünvanı daşımayacağının səbəbi isə 1917-ci ilə təsadüf edir. O dönəmdə kral olan V Corc kral ailəsindəki ünvanları məhdudlaşdırdı. Cütlüyün körpəsi cinsiyyətinə görə ya Kont, ya da Ledi ünvanını daşıya biləcək.

Sevinc