Builki tələbə qəbulunda İKİ YENİLİK

Builki tələbə qəbulunda İKİ YENİLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali məktəblərə builki tələbə qəbulunda 2 yenilik gözlənilir.

Tribunainfo.az yazır ki, abituriyentlərin seçim edə biləcəyi ali təhsil müəssisələrinin siyahısında Türkiyə -Azərbaycan Universiteti də olacaq. Bu universitetdə əsasən texnoloji ixtisasların ola biləcəyi açıqlanıb.
Ancaq universitetin hansı ali təhsil müəssisəsi bazasında yerləşəcəyi, yoxsa ayrıca infrastruktura malik olması haqqında hələlik rəsmi açıqlama yoxdur.

Həmçinin bu ilin qəbul planında, bəzi universitetlər üzrə əyani və qiyabi ilə yanaşı distant formada təhsil üçün plan yerlərinin də ayrılacağı gözlənilir.
Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, qanunvericilikdə bu təhsil forması nəzərdə tutulsa da, distant formada təhsilin təşkili qaydalarını hökumət təsdiqləməyib:

“Həmçinin bu il UNEC və Qarabağ Universiteti üçün də bəzi ixtisaslar üzrə distant təhsil formasında plan yerləri ayrıla bilər”.

Nigar