backend

Büdcə ilə bağlı son qərar veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin növbəti plenar iclası dekabrın 16-da keçiriləcək. 

Milli Məclisin növbəti plenar iclası dekabrın 16-da keçiriləcək.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu TİA.AZ-a açıqlamasında bildirib ki, iclasın gündəliyinə 18 məsələ daxildir.

İclasda “2017-ci ilin dövlət büdcəsi”, “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunların, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları, İnzibati Xətalar, Torpaq məcəllələrinə, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında”, “Avtomobil nəqliyyatı haqqında” qanunlara dəyişikliklər layihələrinin müzakirəsi, bir neçə ölkə ilə imzalanmış sənədlərin ratifikasiyası nəzərdə tutulub.

Həmçinin yeni hazırlanan “Hərbi vəziyyət haqqında” qanun layihəsinin də iclasda müzakirəsi gözlənilir.

Qeyd edək ki, Milli Məclisin 2016-cı il üçün sonuncu plenar iclası dekabrın 30-da keçiriləcək.