Budanovdan Rusiya ilə atəşkəslə bağlı gözlənilməz AÇIQLAMA

Budanovdan Rusiya ilə atəşkəslə bağlı gözlənilməz AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Bloomberg-ə verdiyi müsahibədə “ilin sonuna qədər atəşkəsə nail olmaq realdır” deyib.

Tribunainfo.az xəbər verir ki, o, bunun üçün ən azı üç tərəfin, Ukrayna, Rusiya və ABŞ ortaq məxrəcə gəlməsinin vacibliyi qeyd edib.

“Biz buna nail olacağıq”,- Budanov bildirib.

O, həmçinin iddia edib ki, guya bufer zonası yaratmaq üçün Dnepropetrovsk vilayətinin 10 kilometr dərinliyinə irəliləyən Rusiyanın Donetskin ərazisini tamamilə işğal edəcəyinə şübhə ilə yanaşdığını bildirib və bunu “qeyri-real” adlandırıb.

Budanovun sözlərinə görə, ABŞ Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükü də daxil olmaqla, hərbi yardımı davam etdirməyi planlaşdırır. O, həmçinin qeyd edib ki, ölkələr arasında əməkdaşlığın dayandırılacağına inanmaq üçün heç bir əsas görmür, çünki onun fikrincə, bu, ABŞ-ın maraqlarına cavab vermir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iyulun 14-də Rusiyaya ultimatum vermək niyyətində olduğunu bəyan edib.

BakuPost