Qətərdə keçirilən dünya çempionatı ilə bağlı azarkeşlərin maraqlı hekayələri davam edir.
Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, Polşada bir xəstə əməliyyat olunarkən Polşa millisinin Səudiyyə Ərəbistanı ilə olan oyununa baxmaq istədiyini xəstəxanaya bildirib. Xəstəxana rəsmiləri də əməliyyat otağına televizor quraşdırıb. Bu hadisədən sonra xəstəxana “Xəstələrimiz əsl xidmət alır” qeydi ilə paylaşım edib. Bu paylaşım sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Polşa mətbuatında yayılan xəbərlərdə həkimlərin oyunu izləmədiyi, ancaq xəstə üçün xüsusi şərait yaradıldığı qeyd olunub.
Nihat Kərimli
Tribunainfo.az