BU “ZAPRAVKA”YA GETMƏYİN – ŞİKAYƏT VAR…

BU “ZAPRAVKA”YA GETMƏYİN – ŞİKAYƏT VAR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Bakıxanov qəsəbəsində, Bəşir Bünyadov küçəsində fəaliyyət göstərən “Ocaq” Yanacaq Doldurma Məntəqəsi heç bir standartlara cavab vermir.

Bu barədə Tribunainfo.az-a bir qrup sürücü məlumat verib. Onların sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu YDM-da yoxlama aprmalıdır. Çünki nə qəbz verilir, nə normal xidmət göstərilir, nə də keyfiyyətli yanacaq vurulur.

Hətta obyektin vergidən yayındığı iddia olunur. Çünki müştərilərə qəbz verilmir.

Sürücülər “Ocaq”da xidmət səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülməsini xahiş edirlər.