Bu yüksək vəzifəli məmurların övladları əsgərlikdən yayınır – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın hakim elitası öz övladlarını hərbi xidmətdən açıq şəkildə yayındırır. 

Ermənistanın hakim elitası öz övladlarını hərbi xidmətdən açıq şəkildə yayındırır.

Bir qrup erməni jurnalistin apardığı araşdırma zamanı xeyli yüksək rütbəli nazirin, deputatın övladlarının orduda qulluq etmədikləri üzə çıxıb.

Modern.az saytı ordudan yayındırılan həmin şəxslərin siyahısını təqdim edir.

Ermənistan parlamentinin deputatı Karen Karapetyanın oğlu Vaqe Karapetyan;

Parlamentin keçmiş deputatı Karo Karapetyanın oğlu Vilik Karapetyan;

Yerevanın keçmiş meri Yervand Zaxaryanın oğlu Artak Zaxaryan;

Dövlət Gəlirləri üzrə Komitənin sədri Qaqik Xaçaturyanın oğlu;

Gümrünün keçmiş meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan;

Keçmiş baş nazir, deputat Xostov Arutunyanın oğlu Robert Arutunyan (o, xarici işlər nazirinin müavini səlahiyyətlərini icra edir);

Keçmiş deputat, biznesmen Aleksan Petrosyanın oğlu Makar Petrosyan;

Deputat Akop Akopyanın oğlu, “Arpa-Sevan” şirkətinin sahibi Petros Akopyan;

Keçmiş deputat , Şirak vilayətinin qubernator müavini Vardan Çolakyanın oğlu;

Abovyan şəhərinin meri, milyarder Qaqik Tsarukyanın kürəkəni Karapet Qaloyan;

Kənd təsərrüfatı naziri İqnatiy Arakelyanın oğlu Eduard Arakelyan;

Ərazilərin idarə olunması naziri David Lokyanın oğlu Sergey Lokyan;

Deputat, general-leytenant rütbəsi daşıyan Seyran Saroyanın oğlu Zarzand Saroyan;

Ermənistanın baş naziri Karen Karapetyanın böyük oğlu Tiqran Karapetyan.

Eyni zamanda, Syunik qubernatoru Surik Xaçaturyanın iki oğlu, deputat Seyran Saroyanın kiçik oğlu Aşot və hakim Respublika Partiyasının deputatı Arkadi Ambartsumyanın oğlu Stanislav sağlamlıq vəziyyətlərinə görə Ermənistan Müdafiə Nazirliyi tərəfindən həqiqi hərbi xidmətdən azad olunublar.