Bu yollarda avtobus xətlərinin istifadəyə verilməsi həmin küçələrin daha da iflic vəziyyətə düşməsinə səbəb olacaq.
Tribunainfo.az xəbər verir ki, bu barədə əmlak eksperti Elnur Fərzəliyev fikir bildirib. O qeyd edib ki, onsuz da dar olan yollarda bir müddət sonra hərəkət mümkün olmayacaq:
“Bura Yasamal rayonu Şərifzadə küçəsidir. Bu küçədə də avtobuslar üçün yolu bölüblər. Yollarda avtobus xətlərinin olması təbii ki, yaxşıdır. Amma bu cür sıxlıq olan küçələrin bir hissəsini bağlayıb avtobus xətləri üçün istifadəyə vermək, həmin küçələrin daha da iflic vəziyyətə gətirib çıxmasına səbəb olur. Bundan əlavə, bu cür küçələr üzərində olan bütün qeyri-yaşayış obyektlərinin də müştəri itirməsi və bağlanmasına səbəb olur. Məqsəd avtobus yolu çəkməkdirsə, bunun üçün yolları genişləndirib əlavə yol çəkmək lazımdır, nəinki daimi sıxlıq olan yolları daraldıb avtobuslar üçün istifadəyə vermək.
Yaxın gələcəkdə bu tip küçələr üzərində olan qeyri yaşayış obyektlərinin zamanla bağlanmasının və satış qiymətlərinin kəskin enməsinin şahidi olacağıq”.
Roman