Yol ikitərəflidir, amma sürücülər elə zənn edirlər ki, birtərəflidir. Bu da günün istənilən vaxtında qəza şəraiti yaradır.
Tribunainfo.az xəbər verir ki, bura paytaxtın Yasamal rayonu Kənar Dairəvi yolun köməkçi hissəsidir. Ərazidə yaşayanlar deyirlər ki, üzü Şamaxinka istiqamətində hərəkət edən sürücülər yolu birtərəfli bilirlər. Səbəb düz xəttin silinməsidir.
Bir müddət əvvəl yeraltı kommunikasiya xətləri yeniləndiyindən yolun sağ və sol hissəsində qazıntı işləri də aparılıb. Bu da yolun daralmasına səbəb olub ki, hərəkət edən sürücülər istiqaməti ayırd edə bilmirlər. Sakinlər onu da əlavə etdilər ki, bu vəziyyət həm gündüz, həm də axşam saatlarında ciddi təhlükə yaradır.
Əvvəlcə yolun qazılan hissəsinin nə zaman asfaltlanacağı ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumdan bildirdilər ki, yolun qazılan hissəsinə bir qat asfalt vurulub, yaxın günlərdə də ikinci qat vurulacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.