Bu yeməkləri çox yeyənlərin ağlı zəifləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sosis, qızarmış toyuq və kolbasa ilə birlikdə kartof püresi birlikdə baş beyin üçün zərərlidir. Bu barədə Fransa alimləri yeni elmi tədqiqatlarının nəticəsində qərara gəliblər.
Medicina.az xəbər verir ki, Fransa və Almaniyada insanlar sosis və püreni çox qəbul edir. Bu ikisi dad baxımından xoş gələ bilər, amma biokimyəvi təsir barədə qətiyyən faydalı deyil.
Alimlər 600 kişi və qadının tibbi məlumatlarını analiz ediblər. İştirakçıların orta yaş həddi 75-78 idi. Onlardan 209 nəfərində demensiya, alzgeymer diaqnoz edilmişdi. Bu insanlar barədə məlumatlar 12 ili əhatə edib. Onlar qidalanmaları ilə bağlı aylıq məlumat təqdim ediblər.

Toplanmış məlumatlar göstərib ki, demensiyalı xəstələr uzun müddət və tez-tez emal olunmuş ət məhsulları, kolbasa, sosis, vetçina, paştet yeyərək, bundan da daha pisi- onları nişastalı qida, yəni kartofla birləşdiriblər. Demensiya olmayan digər qrup yaşlılar da ət məhsulu yeyib, amma onları kahı, tərəvəz, salatlarla birgə qəbul ediblər. Demensiyalı yaşlıların pirojna, tort, şirniyyat sevdiyi də ortaya çıxıb.