BU YAĞLAR ÜZ DƏRİSİNİ CAVAN SAXLAYIR

BU YAĞLAR ÜZ DƏRİSİNİ CAVAN SAXLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 yaşdan sonra dəri əvvəlki təravətini və gözəlliyini itirməyə başlayır. Məhz buna görə də, qadınların çoxu gəncliyini qorumaq üçün bu yaşdan sonra estetik əməliyyatlara üz tutur. Ancaq estetik əməliyyatlar da hər zaman uğurlu alınmır. Lakin dərinin qocalma prosesini estetik əməliyyatlarsız da dayandırmaq mümkündür.

Tribunainfo.az xəbər verir ki, təbii yağlar kosmetologiyada qırışlar əleyhinə vasitələr kimi istifadə edilir.

Kətan yağı – faydalı olmasına görə ona “qadın yağı” da deyilir. Kətan yağı maddələr mübadiləsini normallaşdırır, arıqlamağa kömək edir, hormonal fonu bərpa edir, menstruasiya ağrılarını azaldır.Kətan yağı öz bioloji xüsusiyyətlərinə görə, digər bitki yağları arasında birinci yeri tutur. Onun tərkibi orqanizm üçün F, A, E, B, K vitaminləri, omeqa 3 və omeqa 6 kimi doymamış yağ turşuları mənbəyidir. Dəriniz çox həssasdırsa, üzünüzə sürtə bilərsiniz.

Kakao yağı – dəri sallanması üçün əla profilaktikadır. Bədənə qulluq, eyni zamanda göz ətrafı dəri üçün unikal vasitədir. Yağın tərkibində doymuş və doymamış yağ turşuları var. Onun tərkibindəki stearin, olein turşuları dərinin gəncliyini qorumasında mühüm rol oynayır. Kakao yağı dərini nəmləndirməkdə, qocalma prosesini ləngitmək və qırışları aradan götürməkdə bir nömrəli vasitədir. Yağ dəriyə çox tez hopur və onu mükəmməl şəkildə nəmləndirir. Bu xüsusiyyətinə görə, quru dərilər üçün daha uyğundur. Kakao yağının əsas üstünlüyü sellülit ilə mübarizə aparmasıdır.

İtburnu yağı – plastik əməliyyat funksiyasını yerinə yetirir. Lakin burada cərrah və onun iti uclu ləvazimatları olmur. Bu yağda C və E vitaminləri kollagenlərin sintezini stimullaşdırır. Daxilə qəbul etdikdə dəri öz-özünə cavanlaşır. İtburnu yağı nazik boyun dərisinin qocalmasını əngəlləyir. Hər cür qocalma əlamətlərinə və ləkələrə müharibə elan edir.