Kokos yağı və limonun qarışığı saçlara gözəl təsir göstərir. Bir çox insanlar saçları tez böyütmək, gücləndirmək və bərpa etmək üçün müxtəlif yollar axtarır. Kokos və limon məhz bunun üçündür!
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki,bir çox insan saçların sağlam və parlaq görünməsi üçün kokos yağından istifadə edir . Ancaq ona limon əlavə etdikdə daha faydalı olur.
Hindistancevizi yağı saçları kökdən uzunluğa qədər nəmləndirən və gücləndirən təsirli yağlardan biridir. Hindistancevizi yağının müntəzəm istifadəsindən sonra saçdakı dəyişiklik dərhal nəzərə çarpır.
Bu faydalı yağ limonla birləşdirildikdə saç follikullarını gücləndirir, beləliklə saç tökülməsini azaldır və saçların daha sürətli uzanmasına kömək edir. Bundan əlavə, kəpək problemini də həll edə bilər.