backend

BU YAĞ BİZİ XƏRÇƏNG XƏSTƏSİ EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son  zamanlar dünyada və Azərbaycanda xərçəng xəstəliyi artıb. Səbəb kimi əsas qidalanma və sağlam olmayan həyat tərzi göstərilir.  

Son  zamanlar dünyada və Azərbaycanda xərçəng xəstəliyi artıb. Səbəb kimi əsas qidalanma və sağlam olmayan həyat tərzi göstərilir. 

Özümüzü bu gözlənilməyən “qonaqdan” nəcə qoruyaq? Bu haqda milyonlarla araşdırmalar var. Ancaq hələ ki heç bir ürək açan nəticə yoxdur. Qidalanmanın da bu xəstəlikdə başlıca rol oynadığı qeyd olunur. Ölkəmizdə tərkibində palma yağı olan qidaları düşünsək insanlarımızın hara  sürüklənəcəyi aydın olar. Palma yağı körpə balalarımıza bəh-bəhlə yedirtdiyimiz  bir çox süni uşaq qidalarının (“smes”) tərkibində, çox dadlı peçenyelərin demək olar ki, hamısının tərkibində var. Supermarket rəflərində  gördüyümüz qidalarla yanaşı istifadə etdiyimiz təmizləyicilər və  kosmetik məhsulların tərkibindəki ana maddələrdən biri də palma yağıdır. Şokoladlardan tutmuş çipsilərə qədər bir çox işlənmiş qidada, margarinlər, dondurma, hazır yemək və şirniyyatlar kimi qidaların çoxusunda  palma yağı istifadə edilir. Pizza xəmiri, biskivitlər , paketlənmiş çörək və suxarilər bu məhsulların yarısıdır. Bundan başqa maye yuyucu vasitələr, sabun və şampunların çoxu, dodaq boyası, dırnaq  boyaları, sənaye yağları və biyoloji yanacaqların tərkibində bu yağdan vardır. Pediatr Günay Rəsulova TİA.AZ-a açıqlamasında bildirdi ki, körpə uşaqların qidalanmasına xüsusi fikir vermək lazımdır. Beləki, tərkibində  palma yağı olan “tez-bazar”(fast food), baş aldadan qidaların heç bir faydası yoxdur. “Fast-food”lar insanlarda səhər və nahar yeməyini azaldan və kalori dəyəri, yağ  və ya  şəkəri çox yüksək olan, vitamin və mineral dəyəri olduqca az  və ya olmayan, tərkibində kanserogen-xərçəng əmələ gətirə bilən  hidrolizə olunmuş  trans yağ qatılan zərərli qidalardır: “Palma yağından olan  şokolad, kekslər, qazlı sular, şirniyyatlar, çipsi, suxari, kolbasa, sosiska, fast foodlar ( qamburger, dönər, pizza, lahmacun və s.), çubuq krakerlər uşaqlara verilməməlidir. Çünki bütün bu qidaların tərkibində  qatqı maddələri, əlavə şəkər, qida boyası,  sinir  sistemini oyandıran  neyromediatorlardan- qlutamatlar və aspartamlar vardır. Bu qatqı maddələri kanserogen olduğu üçün uşaqlarda onkoloji xəstəliklər- xərçəng yaranması üçün zəmin yaradır. Sinir  sistemini oyandırıcı neyromediatorlar isə uşaqlarda hiperaktivlik sindromuna səbəb ola bilir. Alınan artıq kalori isə uşaqlarda gələcəkdə piylənmə xəstəliyinin yaranması və belə uşaqlarda şəkərli diabet və ürək – qan damar sistemi xəstəlikləri riskini artırmış olur. Üstəlik, belə qidalar yüksək allergenlik xüsusiyyətlərinə malik olduğu üçün uşaqlarda allergik xəstəliklər – allergik rinit, astma, atopik dermatit və s. yaranmasına şərait yaradır”.  Bəs, belə fast-foodları nə ilə əvəz edək? 

Pediatr G. Rəsulova bunları quru üzüm, qoz, fındıq, ləbləbi, kalsiumla zəngin yoqurt və qatıqlar, evdə hazırlanmış partladılmış qarğıdalı, quru meyvələr, təzə mövsümi meyvə və tərəvəzlər, evdə hazırlanan kekslər təbii  meyvə  şirələri ilə  əvəz etməyi məsləhət görür. Qeyd edək ki, palma yağı ucuz olduğu üçün dünya bazarında geniş istifadə edilir. Palma yağının 1 kiloqramı təxminən ötən illərə kimi dünya bazarında 60-70  qəpik civarında idi.

Sosial mediada son günlərin ən çox danışılan mövzusu “palma yağı zərərlidirmi?” çəkişmələri Türkiyədə də getdikcə artır. Türkiyənin Kanal D xəbər verlişinda Prof. Dr. Canan Karatay palma yağı ilə bağlı açıqlamalar verib. Məşhur şokolad – findıq əzməsi “Nutella”nın tərkibində palma yağı səbəbi ilə kansoregen maddə daşıdığı iddiaları davam edir. Prof. Dr. Canan Karatayın sözlərin görə,  palma yağı – trans yağdır, zeytun yağı kimi deyil. Bildiyiniz kimi trans yağlarının insan orqanizmində xərçəng əmələ gətirdiyi bildirilib. Trans yağlarının ən təhlükəli yağlar olduğunu deyən Karatay, işlənmiş bütün yağlarda trans yağların olduğunu, bunlardan uzaq durmaq lazım olduğunu bildirdi. Avropa Qida Təhlükəsizliyi Qurumu (EFSA) tərəfindən hazırlanan hesabatda palma yağının kansorogen olduğu bildirilib. Türk professoru Dr. Muammer Yıldız da palma yağının toksik və kanserogen olduğunu bildirib, bu yağın adı olan məhsullarda və yeməklərdən qaçınılması gərəktiyini tövsiyyə edir : “Bu yağın istifadəsi tam olaraq açıqlanmadı, ancak Avropa Birliyi palma yağı olan qidalarda bunun açıq yazılması üçün bir qayda çıxardı. Bundan əvvəl qidaların üzərinə “bitki yağı” yazılırdı. Unudulmamalıdır ki, bir malda ki, “bitki yağı” sözü varsa, deməli, bu palma yağıdır”. Avropa Qida Təhlükəzsiliyi Qurumu (EFSA) 2016-cı ilin mayında yayınladığı palma yağının kanserogen olduğuna dair hesabatın ardından Avropada bəzi marketler bu yağı daşıyan malları rəflərdən qaldırmaq qərarı aldı.

Palma yağının tərkibində  palmitrik asit, çəki artımı və yağlanma riskini artıran yağ asitləri daxildir. “Clinical Nutrition American Journal” 2005 dərgisində yazılan araşdırmaya görə, isidilmiş palma yağının qan təzyiqini yüksəltdiyini və yüksək təzyiqə səbəb olduğu da söylənilir.

(Cooking for Healthy Healing) kitabının yazarı Linda Paqe palma yağının müxtəlif  faydalarından bəhs etdiktən sonra, palma  yağının  rafinə edidikdən sonraişləmlərindən keçdikdən sonra çox qida dəyərini itirdiyini,  həzmi çətin olan bir  yağa çevrildiyini  bildirir  və bu səbəblərdən palma yağının istehsalını məsləhət görmür.

Bir növ Palma ağacı olan “Elaeis guineensis”in meyvələrindən əldə edilən  palma yağı, dayanıqlı və ucuz olması səbəbilə günümüzün ən çox istifadə edilən bitki yağlarının başında gəlir. Beynəlxalq ekoloji qurum olan Greenpeace supermarket rəflərində gördüyünüz qablaşdırılmış məhsulların yarısından çoxunun palma yağından istifadə edildiyini söyləyir. Dünyada yağ istehsalı üçün ən məhsuldar bitki olduğu bilinən bu  palma növünün yüzdə 90-ı İndoneziya və Malaziyadakı əkili sahələrdə əkilir. Plantasiyalar yandırılaraq sırf palma üçün yerlər salınır. Palma yağının xərçəngə səbəb olduğu iddiası ilə bağılı narahatlıq davam edir. Avropa Qida Təhlükəsizliyi Qurumu (EFSA) palma yağının 200 dərəcədən yüksək istilikdə rafinə edilməsi halında, digər bitki yağlardan daha çox kanserogen maddə ortaya çıxardığını açıqladı. Palma yağını təbii qırmızı rəngini dəyişdirmək və iydən təmizləmək üçün yüksək istilikdə rafinə edilir.

NİLUFƏR