Bu xəstəliyin yeni forması sürətlə yayılır – Uşaqlar hədəfdə

Bu xəstəliyin yeni forması sürətlə yayılır – Uşaqlar hədəfdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pnevmoniya, bilindiyi kimi, bakteriyaların səbəb olduğu ağciyər toxumasının iltihabıdır. Erkən aşkarlanmadıqda və müalicəsi gecikdikdə ciddi problemlər yarada bilən pnevmoniya yeni forması ilə bütün dünyaya yayılmağa başlayıb. Türkiyəyə gəlməsinin an məsələsi olduğuna diqqət çəkən mütəxəssislərə görə, uşaqlar “gəzinti pnevmoniyasının” hədəfidir!

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, həm böyüklər, həm də uşaqlar üçün ciddi sağlamlıq təhlükəsi olan pnevmoniya ağciyərlərdə infeksiya nəticəsində inkişaf edir. Ən çox görülən simptomları yorğunluq, qızdırma, nəfəs darlığı, şiddətli öskürək, bəlğəm, burundan gələn sarı-yaşıl selik, sürətli nəfəs və sinə ağrısıdır.

Pnevmoniya diaqnoz qoyulduqdan sonra tez bir zamanda müalicə edilməli olan bir sağlamlıq problemi hesab olunur. Əsrlərdən bəri mövcud olan sətəlcəm son zamanlar yeni forma ilə həyatımıza sürətlə daxil olub və bu dəfə hədəfi uşaqlardır.

Dünyanın hər yerindən olan yoluxucu xəstəliklər mütəxəssisləri səhiyyə liderlərini xəstəliyin yeni hallarına qarşı “sayıq” olmağa və böyük bir epidemiyanın qarşısını almaq üçün ictimaiyyəti təcrid etməyə çağırıblar.

Yaponiyada bu il dünyanın müxtəlif yerlərində özünü göstərən təxminən 6 min “gəzən pnevmoniya” hadisəsi qeydə alınıb. Məlumatlar ötən illə müqayisədə 10 dəfədən çox artım göstərir. ABŞ- da 8-18 aylıq körpələrdə görülən bu pnevmoniya növü mart ayından bu yana 7 dəfə, uşaqlarda isə iki dəfə artıb.

Bu xəstəlik artıq dünyanın hər yerinə yayılmaqda davam edir.

Bəs validetnlər övladlarını bu xəstəlikdən necə qorumalıdır?

Gəzən pnevmoniyanın digər sətəlcəm növləri ilə müqayisədə daha yüngül ilkin simptomlara malik olması həm xəstəliyin gedişatına, həm də onun ötürülməsinə təsir göstərir. Yeni formanın “gəzən” adlandırılmasının səbəbi, insanların fərqində olmadan yeriyərkən belə bu xəstəliyi daşıya və keçirə bilməsidir.

Xəstəliyin simptomları yüngül olsa da, risk altında olan insanlarda, məsələn, uşaqlarda beyin ödemi də daxil olmaqla bir sıra həyati təhlükəsi olan ağırlaşmalara səbəb ola bilər.

Mütəxəssislər mümkün kütləvi epidemiyanın qarşısının alınması ilə bağlı xəbərdarlıq edir və valideynləri diqqətə çatdırır ki, həm özlərini, həm də övladlarını daha yaxşı müşahidə edib, erkən hərəkətə keçsinlər.

Dəniz