Bu xəstəliyə qarşı “daban testi” tələb edin! – Həkim

Bu xəstəliyə qarşı “daban testi” tələb edin! – Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuat yazır ki, Azərbaycanda yeni xəstəlik tapılıb və müalicəsi də yoxdur. Fenilketonuriya yeni xəstəlik deyil, illərdir var. İrsi xəstəlikdir.

Tribunainfo.az xəbər verir ki, bu barədə pediatr Vaqif Qarayev yazıb. O bildirib ki, bu xəstəlik zamanı uşaqlarda əqli gerilik, ağır hallarda epileptik tutmalar, geridönməyən koqnitiv pozğunluqlar müşahidə olunur:

“Vaxtında aşkar olunduqda xəstəliyin proqressivləşməsinin qarşısını almaq olur! Bunun üçün doğulandan sonra “daban testi” aparılmalıdır! Özəl müəsssisələrdə bu skrininq aparılır. Dövlət klinikalarında bu testin aparılmasını, həm də cavabını tələb etmək lazımdır!”.

Nigar