Bu xəstələr avakadodan uzaq dursun – XƏBƏRDARLIQ

Bu xəstələr avakadodan uzaq dursun – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avokadonun faydaları ilə yanaşı, az bilinən başqa bir xüsusiyyət də ortaya çıxıb. Xüsusilə böyrək xəstələri üçün risklidir.

Tribunainfo.az xəbər verir ki, super qidalar arasında yer alan avokado sağlamlığı ilə seçilsə də, bilinməyən başqa bir xüsusiyyətinin olduğu müəyyən edilib.

Avokadonun faydaları ilə yanaşı daha bir zərərli tərəfi də var. Böyrək xəstələri üçün ciddi risklər yaradır.

Ürək dostu yağları, lif tərkibi və vitamin zənginliyi ilə həkimlərin də tövsiyə etdiyi avokado böyrək xəstələri üçün çox təhlükəlidir.

Belə ki, sağlam insanlar üçün son dərəcə faydalı olan orta ölçülü avokado 700-900 mq kalium ehtiva edir. Bu, xroniki böyrək xəstəliyi olan insanların bədənindən kalium çıxarmaq üçün böyrəklərin işini azaldır. Qanda yüksək kalium səviyyəsinə və ürək ritmində ciddi problemlərə səbəb olur.

Buna görə də, inkişaf etmiş böyrək xəstəliyi olanlar, dializdə olanlar və ya həkimlərinin təyin etdiyi aşağı kalium pəhrizində olanlar avokado istehlakını məhdudlaşdırmalıdırlar.

Digər bir xəbərdarlıq isə avokadonun böyrək daşlarına səbəb olmasıdır.

Dəniz Pənahova