Bu vitamin möhkəm sümüklərin açarıdır

Bu vitamin möhkəm sümüklərin açarıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün bir çox insanda D vitamini çatışmazlığı var. D vitamini çatışmazlığı qışda daha çox müşahidə olunur. Mütəxəssislər xəbərdarlıq edir: “D vitamini almaq üçün günəşli günləri qaçırmayın”.

Tribunainfo.az “Sabah” xəbər agentliyinə istinadən bildirir ki, Endokrinologiya və Metabolik Xəstəliklər Mütəxəssisi Prof. Dr. İbrahim Şahin D vitamini ilə bağlı əhəmiyyətli məlumatlar verdi.
Onun sözlərinə görə,
“Orqanizmdə hormon funksiyasını yerinə yetirən D vitamini, kalsium və fosfor kimi mineralların udulmasını və istifadəsini artıraraq sümük sağlamlığını dəstəkləyir. İmmunitet sistemini gücləndirməyə kömək edir və orqanizmi infeksiyalara qarşı qoruyur. Əzələ funksiyalarını tənzimləyir və gücləndirir. Hüceyrələrin normal böyüməsinə və inkişaf etməsinə kömək edir”.

SÜD, YUMURTA SARISI
D vitamininin yalnız bəzi qidalarda (yağlı dərin su balıqları, süd, yumurta sarısı və s.) az miqdarda olduğunu vurğulayan Prof. Dr. Şahin, “D vitamini ehtiyacının təxminən yüzdə 20-si qidadan qarşılanır. Ona görə də bütün ehtiyacı təkcə qidalanma ilə qarşılamaq çətindir. Ehtiyacımızın yüzdə 80-i bədəndə günəş işığının köməyi ilə istehsal olunur”.