Arıqlama prosesində təbii müalicələrdən dəstək almaq çəkinizi tarazlıqda saxlamağa kömək edə bilər. Təbii üsulla hazırlanan bu müalicə metodları arıqlama prosesini sürətləndirir və sağlamlığınızı qoruyur. Daimi istifadə uzun müddət qalıcı nəticələr əldə etməyə kömək edir.
Tribunainfo.az istinadən bildirir ki, kələm suyu müalicəsi son illərdə ən çox istifadə olunan arıqlama üsuludur.
Təbii və aşağı kalorili içki olan kələm suyu pəhriz saxlayanlar tərəfindən tez-tez seçilir. Liflə zəngin olan tərəvəz həzmi asanlaşdırır və uzun müddət tox saxlayır.
Kələmdə bol miqdarda C vitamini, K vitamini, fol turşusu və antioksidantlar var. Bu vitaminlər və antioksidantlar bədəni toksinlərdən təmizləyərək maddələr mübadiləsini sürətləndirməyə kömək edir.
Kələmin tərkibində qaraciyər sağlamlığını dəstəkləyən qlükozinolatlar var. Bu komponentlər qaraciyərin daha sağlam işləməsini təmin edir.
Kələm suyu evdə asanlıqla hazırlana bilər:
Qazana su əlavə edib qaynadın. Daha sonra kələmin yarpaqlarını bütöv şəkildə qazana qoyub 7-8 dəqiqə gözləyin. Qaynadılmış yarpaqların suyunu ilıq halda 15 gün ərzində fasilələrlə içmək çəkinizin azalması üçün əlverişli yoldur.