Bu uşaqları dərhal öldürmək lazımdır – Zabit

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq və Suriyanın İŞİD-dən azad olunmuş ərazilərində “din azarkeşi”nə çevrilmiş yüzlərlə uşaq var. 

İraq və Suriyanın İŞİD-dən azad olunmuş ərazilərində “din azarkeşi”nə çevrilmiş yüzlərlə uşaq var.


TİA.AZ xəbər verir ki, İŞİD-in tərbiyə etdiyi azyaşlı uşaqlar bütüb dünyada narahatlığa səbəb olub.

“Ekonomist”in məlumatına görə, Suriya ordusunun yüksək çinli zabitləri qisas alınmağının tərəfdarıdır. Onlardan birinin dedikləri dünyanı heyrətə salıb:

“Həmin uşaqlar qətiyyən qurban deyil. Onlar rəhm etmədən bizim yaxınlarımızı və dostlarımızı öldürüblər. Hamısı ölümə layiqdir”.

Cəmiyyətin radikal təbəqəsi və azyaşlı terrorçuların etdiyi vəhşiliklərin canlı şahidləri də onların ölümə layiq olduğunu bildirirlər. Əhalinin böyük əksəriyyəti isə həddi-büluğa çatmasalar da, bu uşaqların dəmir barmaqlıqlar arxasında saxlanılmasını istəyir.

Praktika göstərir ki, bağlı qapılar arxasında qalmaq terrorçulara vaxt qazandırır və onlara dirçəlmək üçün gözəl şərait yaradır. İraq həbsxanalarında təxminən 2 mindən çox azyaşlı İŞİD üzvünün olduğu məlumdur. Həbsxanaların artıq bu radikal təşəbbüslərin qarşısını almaq imkanı yoxdur.