3 yaşa qədər uşaqlara bildirçin yumurtası yedirmək qətiyyən doğru deyil. Çünki bildirçin yumurtası estrogen hormonu ilə zəngin olduğuna görə uşaqlarda erkən cinsi inkişafa səbəb olur.
Tribunainfo.az xəbər verir ki, pediatr Günay Rəsulovanın sözlərinə görə, danışmayan, gec dil açan uşağa bildirçin yumurtası vermək olmaz.
“Valideynlər adətən gec dil açan uşaqlara bildirçin yumurtası yedirir. Bu qətiyyən yolverilməzdir. Problemin səbəbi öyrənilməli doğru həkimə yönləndirilməlidir. Uşağa dil açmadığı üçün bildirçin yumurtası yedirmək olmaz. 3 yaşa qədər isə ümumiyyətlə qadağandır”.