Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək

Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzəldikləri zaman ödənilən birdəfəlik müavinətin məbləği 6000 (altı min) manat müəyyən edilib.

Tribunainfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli Qanununun tətbiqi barədə” Fərmanda əksini tapıb.

 

Bu Fərman 2024-cü il sentyabrın 15-dən tətbiq edilir.