backend

BU UŞAQLAR BUNDAN ÖNCƏKİ HƏYATLARINI XATIRLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslandiya Universitetinin (Reykyavik)  professoru, doktor Erlendur Xaraldson uşaqların keçmiş həyatları ilə bağlı xatirələri 

haqqında bir sıra fenomenləri öyrənib.  

İslandiya Universitetinin (Reykyavik)  professoru, doktor Erlendur Xaraldson uşaqların keçmiş həyatları ilə bağlı xatirələri 

haqqında bir sıra fenomenləri öyrənib. 

Təcrübədə iştirak edən oğlanlar bir çox hallarda təsdiq ediblər ki, onlar öz keçmiş həyatlarda buddist rahibləri olublar. Tez-tez baş verən bu xatirələri dərhal qeydə alıb (qeydə almaq vacib idi, çünki onlar təhrif oluna bilərdi) və sonralar dünyasını dəyişmiş rahiblərin real tarixi arasında müqayisə ediblər.

Uşaqlar tərəfindən söylənilmiş, rahiblərin detallı  həyat hekayələri, real sənədlər və şahidlərin ifadəsiylə təsdiq olunub. Bu tədqiqatçılar tərəfindən “açıq detallar adlandırılıb”. Hansıları ki təsdiq etmək mümkün olmayıb, onlar tədqiqatçılar tərəfindən “açıqlanmamış detallar adlandırılıb”.

Doktor Xaraldson uşaqların açıq detallarıyla maraqlandığı zaman buddist rahiblərinin necə olduqları təkrar yada düşüb. Uşaqların davranışlarına əsasən bu hadisələr maraqla təsvir olunub.

Psixi Tədqiqat Cəmiyyəti  jurnalında dərc olunmuş elmi hesabatın qeydinə əsasən hər uşaq, rahib üçün əlverişli, hətta nümunəvi davranış təsviri nümayiş etdiriblər. Onların valideynləri isə uşaqlara xas olmayan bu davranışlara heç də sevinməyiblər, əksinə pərt olublar.

Duminda Bandara Ratnayakanın əhvalatı

Duminda Bandara Ratnayaka 1984-cü ildə Şri-Lankanın dağ kəndində anadan olub. Oğlanın 3 yaşı tamam olanda, birdən-birə  keçmiş həyatının detallarını yada salmağa başlayıb. Hansı ki o, bunu nə özündən uydura bilərdi, nə də ki kimdənsə öyrənə bilərdi. Detallar isə aşağıdakı kimi idi:

O, Askiriya ibadətgahında baş rahib idi. Bu ibadətgah Dumindanın əsl yaşadığı məkandan 25 km aralıda yerləşirdi.

Gözəl bir gündə o, sinəsində güclü ağrı hiss etdi və yıxıldı. Bu epizodu danışarkən, oğlan “apavatvuna” sözünü işlətdi, hansı ki, bu sözü rahiblərin ölümləri zamanı işlədirdilər.

Onun qırmızı maşını, eləcə də kiçik rahib şagirdi var idi. Onun fili vardı.

O, tez-tez Malvatta ibadətgahında olurdu və oradakı rahibləri yaxşı tanıyırdı.

Asqiriyada onun götürmək istədiyi pul kisəsi və radiosu var idi. Dumindanın anası bu barədə uzun müddət heç kimə söyləməyə cəsarət etmirdi, çünki hamıya məlumdur ki, rahiblər əşyalara bağlı olur.

Oğlan başqa uşaqlarla oynamaq istəmirdi, o daima deyirdi ki, rahib olmağa hazırlaşır.

O, yalnız rahiblərin bildikləri qədim sinqal buddizm dilində mahnılar bilirdi. O, rahiblərə geyim tərzində təlqin edir, daima ibadətgaha gəlir, buddizmdə qəbul olunduğu kimi ora  çiçəklər gətirirdi.

Ümumiyyətlə, oğlanın davranış tərzi heç də normal uşaq davranışı deyildi. O, həmişə sakit, təmkinli və özünə qapanmış bir çox üstünlüklərə malik idi. Duminda hətta anasına onun əllərinə toxunmağı belə qadağan etmişdi – buddizmdə isə həqiqətən qadınlar rahiblərin əllərinə toxuna bilməzlər.

Xaraldson yerli rahiblə söhbət etmiş və həmin rahib demişdir ki, valideynləri oğlana bu incəlikləri heç cür öyrədə bilməzlər.

Uşağın söylədiyi detallar real rahiblərin həyatlarına uyğun gəlirmi?

Dumindanın təsviri həqiqətən Maxanayaka Qunnepananın həyatının detalları ilə üst-üstə düşür. O? ürək çatışmazlığından rəhmətə gedib. Bütün həyatı boyu qırmızı maşında gəzib. Moizələr oxuyurmuş.

Məlumdur ki, Qunnepananın böyük şagirdi necə oldusa fili tutaraq, onu Qunnepananın kəndinə aparmışdır, bu kəndə o tez-tez gəlirdi və fili çox sevirdi, fil Qunnepananın həyatı ilə vidalaşmazdan bir qədər əvvəl ölmüşdü. Çox güman ki, bu elə həmən “şəxsi fil” idi.

Əngəl radio ilə üzə çıxdı – o rahibdə yox idi. Lakin oğlanın təsvirinə uyğun başqa namizəd olmadığından, Xaraldson axtarışları davam etdi və müəyyən etdi ki, rahibin öz qrammafonu var və ola bilsin ki, Qunnepana (faktdır ki, o musiqini sevirdi) nədənsə qrammafonu “radio” adlandırırdı. Bütün Qunnepananı tanıyanlar, onu buddist qaydalarına riayət edən yaxşı rahib kimi qələmə verirdilər. Uşağın davranışı ilə burada da hər şey uyğun gəldi.

Хаraldson əmin idi  ki, oğlan onun ətrafındakı adamlar tərəfindən belə detalları öyrənə bilməzdi. Nəzəri cəhətdən o, yerli radio ilə – onların dini nəğmələrini öyrənə bilərdi və doğrudan da onu səhər tezdən verirdilər. Amma bu ehtimalın şansı  da olduqca azdır.

Qamaqe Ruvan Txaranqa Pereranın hadisəsi

Qamaqe Ruvan Perera 1987-ci ilin avqust ayında Şri-Lankada anadan olub. Onun  iki yaşı olanda, o Pitumpke monastrında keçən keçmişi haqqında danışmağa başlayıb. Qamaqenin valideynləri belə monastr  barəsində heç eşitməmişdilər, ancaq məlumat əldə etmişdilər ki, həqiqətən belə monastr mövcuddur  və  bu məkan onların yaşadıqları yerdən cənubda 32 km aralıda yerləşir.

Oğlan monastrın ibadətgahını təsvir elədi –möminin gildən olan heykəli haqqında danışdı.  Buddist ibadətgahında meymunların təsviri heç də adi hal deyil, lakin bu ardıcıllıq təsdiq olundu.

Qamaqe özü lotos pozasında əyləşdi – bunu ona heç kim öyrətməmişdi. O, bir rahib geyimini düz geyinə bilirdi. Axşamlar oğlan yeməkdən imtina edirdi, çünki rahiblər günortadan sonra yemək qəbul etmirlər. Bundan əlavə, oğlan anasına dedi ki, onunla yatmayacaq, çünki rahiblər qadınlarla yatmamalıdır. Axşamlar o mantra oxuma mərasimi təşkil edir və ailəsindən tələb edirdi ki, ona qoşulsunlar. Atası evə likör gətirdikdə, Qamqe onu ciddi tənbeh edirdi. Bununla yanaşı,o  yaxınlarını “ləyaqətsizliyə” görə məzəmmət etdikdə, o, tam soyuqqanlı qalaraq, heç vaxt hirslənmirdi. Öz həmyaşıdları arasında Qamaqe tezliklə böyük nüfuz qazandı və onları dini mərasimləri düzgün yerinə yetirməyi öyrədirdi. Duminda kimi, o da qədim dildə buddist mahnılarını bilirdi, hansılar ki, nəzəri cəhətdən (amma çox az) radiodan dinləyərkən də  öyrənə bilərdi.

Qamaqenin valideynləri oğullarının bu qəribəliklərinə çox da məna vermirdilər. Doktor Xaraldson onun əhvalatını yerli jurnalistlərdən öyrəndi, onları da bu haqda uşağın qonşusu məlumat vermişdi. Qamaqe uşaq oyunları ilə maraqlanmırdı. Hər yerdə özü ilə Buddanın kiçik fiqurunu gəzdirirdi. Buddanın həyatından süjetlər təsvir edirdi və rahib geyimini  xatırladan paltar geyinməyə üstünlük verirdi.

Sonradan valideynləri oğullarının yalvarışlarına rəğmən, onu Pitumpke ibadətgahına apardılar. O, onlara ekskursiya təşkil edib, gildən hazırlanmış meymunu göstərdi və dedi ki, o lazım olduğu kimi qurulmamışdır. Monastrdakı adamlar oğlanın surətində monastrın keçmiş baş rahibi Qanixiqama Pannasekxaranın reinkarnasiyasını ( ruhun bir bədəndən digərinə keçməsi) gördülər.

Rahiblərlə söhbətdə daha bir neçə maraqlı detallar üzə çıxdı.

Rahib Pannasekxara vegetarian idi (bu Şri-Lanka üçün heç də xas deyil) və Qamaqeda da bitki mənşəli qidalara üstünlük verirdi. Faktdır ki, Pannasekxara monastrın başçısı idi, bu da oğlanın liderlik keyfiyyətləri və dini mərasimlər keçirməyə can atmağı ilə uyğun gəlirdi. Pannasekxara 1986-cı ildə yanvar ayında Qamaqenin anadan olmasından 17 ay əvvəl  vəfat edib. Nəhayət, Qamaqe dindən uzaq olan bir ailədə tərbiyə alıb.

Oğlan Pannasekxaranın yaxınlarını tanıya bilmədi-  skeptikləri öz fikirləri ilə baş-başa qoydu.

İlahə