backend

Bu universitetlərdə keçid balı endirildi – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtlərini Təhsil Nazirliyi ilə ilə razılaşdırmaqla müəyyən edir. 

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtlərini Təhsil Nazirliyi ilə ilə razılaşdırmaqla müəyyən edir.

Dövlət İmtahan Mərkəzindən TİA.AZ-a verilən məlumata görə, müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulub.

Aşağıdakı cədvəllərdə həmin ixtisaslar, onların tədris olunacağı ali təhsil müəssisələri, eləcə də hər bir ixtisas qrupu üzrə ümumi müsabiqə şərtləri ilə tanış ola bilərsiniz.

Qeyd edək ki, ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək həyata keçiriləcək və yaxın günlərdə nəşr olunacaq “Abituriyent” jurnalının 4-cü sayında ixtisas seçimi haqqında elan, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və s. haqqında ətraflı məlumat veriləcək.

Müsabiqə şərtləri:

Aşağıdakı cədvəllərdə qeyd olunan ixtisaslar və ali təh­sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

I ixtisas qrupu üzrə:

Torpaqşünaslıq və aqrokimya

Lənkəran Dövlət Universiteti

Meşəçilik

Lənkəran Dövlət UniversitetiQərb Universiteti

Aqronomluq

Lənkəran Dövlət Universiteti

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi

Naxçıvan Dövlət Universiteti

Texnologiya müəllimliyi

Naxçıvan Dövlət UniversitetiGəncə Dövlət Universiteti

Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi

Azərbaycan Texnologiya Universiteti

Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi

Qərb Universiteti

Çoxişlənən malların texnologiyası mühəndisliyi

Azərbaycan Texnologiya UniversitetiAzərbaycan Kooperasiya Universiteti

İstehlak mallarının ekspertizası və marketinqi

Azərbaycan Texnologiya UniversitetiAzərbaycan Kooperasiya UniversitetiQərb Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Poliqrafiya mühəndisliyi

Qərb Universiteti

II ixtisas qrupu üzrə:

Marketinq

Azərbaycan Texnologiya UniversitetiMingəçevir Dövlət UniversitetiAzərbaycan Kooperasiya Universiteti

Azərbaycan Universiteti

Xəzər Universiteti

“Odlar Yurdu” Universiteti

Bakı Biznes Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Kommersiya

Azərbaycan Kooperasiya Universiteti

Regionşünaslıq (regionlar üzrə)

Qərb UniversitetiXəzər UniversitetiBakı Avrasiya Universiteti

Turizm və otelçilik

Naxçıvan Dövlət UniversitetiGəncə Dövlət UniversitetiMingəçevir Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Bakı Dövlət Universitetinin Qazax filialı

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

Azərbaycan Kooperasiya Universiteti

Qərb Universiteti

Xəzər Universiteti

“Odlar Yurdu” Universiteti

Naxçıvan Universiteti

III ixtisas qrupu üzrə:

Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

Naxçıvan Dövlət UniversitetiLənkəran Dövlət Universiteti

Sosial iş

Naxçıvan Dövlət UniversitetiGəncə Dövlət UniversitetiBakı Dövlət Universitetinin Qazax filialı

Azərbaycan Universiteti

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

IV ixtisas qrupu üzrə:

Baytarlıq

Lənkəran Dövlət Universiteti

Ekologiya

Lənkəran Dövlət UniversitetiAzərbaycan Kooperasiya Universiteti

Xatırladaq ki, ixtisas qrupları üzrə ümumi müsabiqə şərtləri isə aşağıdakı formadadır:

I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir im­ta­han fənni istisna olmaqla qalan dörd imtahan fən­ninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yer­lər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az ol­ma­yan) abituriyentlər buraxılır;II və III ixtisas qrupları üzrə isə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir im­ta­han fənni istisna olmaqla qalan dörd imtahan fən­ninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yer­lər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az ol­ma­yan) abituriyentlər buraxılır.