Bu universitetə yeni rektor əvəzi təyin olundu

Bu universitetə yeni rektor əvəzi təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olunub.

Tribunainfo.az bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.

O, universitet rektorunun səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, bundan öncə Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Eyvaz oğlu Əzizov idi. Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə o, ADNSU-ya rektor təyin olunub.

Qeyd edək ki, Əminağa Sadıqov 1980-1985-ci illərdə Dnepropetrovsk Dövlət Universitetinin (indiki Dnepr Milli Universitetinin) Tətbiqi-riyaziyyat fakültəsində təhsil alıb. 1992-ci ildə həmin universitetdə fizika-riyaziyyat elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə doktoru) alimlik dərəcəsini alıb. 2013-cü ildə texnika elmləri doktoru alimlik dərəcəsi, 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb. 2017-ci ildə “Kompüter elmləri” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

O, 2021-2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində çalışıb. 2024-cü ildən etibarən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsində işləyir.