Bu universitetə yeni prorektor təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) yeni prorektor təyin edilib.

TİA.AZ Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov ADPU-un Tədris işləri üzrə prorektoru təyin edilib.

E.Aslanov bundan əvvəl Turizm və Menecment Universitetinin prorektoru olub.

Qeyd edək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov da bundan əvvəl Turizm və Menecment Universitetinin rektoru olub.