Bu universitetə dövlət sifarişi ilə yerlər açılacaq

Bu universitetə dövlət sifarişi ilə yerlər açılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il dövlət sifarişli yerlərin sayı 2 faiz artıb.

Tribunainfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

 

O bildirib ki, ali təhsil müəssisələrinə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə təhsil ala biləcək:

 

“Onların 53,31 faizi isə ödənişli əsaslarla təhsil alma şansı əldə edəcəklər”.

 

DİM sədri əlavə edib ki, bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlərin açılması nəzərdə tutulur:

 

“Abutiriyent 4 jurnalında plan yerləri barədə məlumatlar dərc ediləcək”.