Xəbər verdiyimiz kimi Bakıda keçirilən Azərbaycan, Türkiyə və İran XİN başçılarının üçtərəfli görüşü baş tutub. .Politoloq Məhəmməd Əsədullazadə TİA.AZ-a açıqlamasında bildirib ki, bu görüş hər üç ölkənin strateji tərəfdaşlığa yönəldə bilər: “Azərbaycan, Türkiyə və İran Xarici İşlər nazirlərinin Bakı göürüşü və imzalanan Bakı bəyannaməsi Üçlük formatında əməkdaşlığın bariz nümunəsi olmaqla, Ankara-Bakı və Tehran arasında yeni əməkdaşlığ səhifəsinin açılmasıdır. Bu üçlük format regional ölkələrlə ılaqlərin genişləndirlməsində mühüm əhəmiyyət kəsb edən regional formatdı. Bunun inkişafı üçün üç ölkə səylə çalışmalı, İranın Qarabağla siyasətində korrektlər etmək üçün Ankara və Bakı İranla ciddi danışıqlar aparmalıdır. Bu formatın uğurlu olması, İranın Ermənistanla əlaqlərindən asılı olacaq. İran Ermənistanla əlaqlərin zəiflətsə, üç ölkə strateji tərəfdaş olaraq, müttəfiqliyə qədər əlaqələri yüksəldə bilərlər.” NÜŞABƏ