Bu üç bürcün iyulda arzuları çin olacaq: Ev, maşın, torpaq…

Bu üç bürcün iyulda arzuları çin olacaq: Ev, maşın, torpaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyul ayında bürclər qarşılarına çıxan fürsətləri düzgün qiymətləndirsələr, onlar çoxdan planlaşdırdıqları və həyata keçirməyə çalışdıqları bir çox arzularına nail olacaqlar.

İyul ayında başından pul töküləcək, maşın və mənzil almaq ehtimalı daha çox olan bürclər haqqında astroloji proqnozu təqdim edirik:

Buğa bürcü iyulun ilk həftəsində daşınmaz əmlak almaq üçün hərəkətə keçə bilərlər. Onları həm şəxsi, həm də karyera baxımdan irəliləyişlər gözləyir. Uzun müddətdir narahatlıq keçirən buğalar iyulda axtardıqları rahatlığı tapa biləcəklər.

İyul ayında Xərçənglərin cibləri gülümsəyəcək. Onlar maliyyə problemlərini həll edib biznes və karyerada zirvəyə doğru addım atacaqlar. Üfüqdə xərçənglər üçün yeni iş təklifləri görünür. Digər tərəfdən, torpaq və evlə bağlı maliyyə sərmayələri Xərçənglər üçün yaxşı nəticələr verə bilər.

Dolçalar iyul ayında maliyyə baxımından pula pul deməyəcəklər. Dolçalara yaxın adamlarından hətta miras qala bilər. Uzun müddətdir arzuladıqları maşını əldə edib, hətta yeni mənzil də ala biləcəklər.