Bu toyuqlar təhlükəlidir? – Gömrük rəsmi sənədlər yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 19-da bir sıra kütləvi informasiya vasitələrində Ukrayna Respublikasından idxal edilərək ölkənin müxtəlif bazar və dükanlarında satılan “Qualiko” əmtəə nişanlı dondurulmuş toyuq məhsullarının insan orqanizmi üçün təhlükəli olduğuna dair məlumatlar yayılıb. 

İyulun 19-da bir sıra kütləvi informasiya vasitələrində Ukrayna Respublikasından idxal edilərək ölkənin müxtəlif bazar və dükanlarında satılan “Qualiko” əmtəə nişanlı dondurulmuş toyuq məhsullarının insan orqanizmi üçün təhlükəli olduğuna dair məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsindən TİA.AZ-a bildirilib ki, ölkə ərazisinə idxal edilən bütün növ mal və nəqliyyat vasitələri qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlər yoxlanıldıqdan və lazim olduğu təqdirdə müvafiq ekspertiza və laborator müayinələr aparıldıqdan sonra gömrük rəsmiləşdirilməsindən keçirilir. “Qualiko” əmtəə nişanı adı altında ölkəyə gətirilən dondurulmuş toyuq əti məhsullarını idxal edən xarici iqtisadi fəaliyyət iştirakçıları da tələb olunan müvafiq sənədləri- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin idxala icazə sənədini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyenik sertifikatını, Ukrayna Respublikasının Beynəlxalq Gigiyenik sertifikatını, mənşə sertifikatını, bir sözlə qanunvericilikdə nəzərdə tutulan sənədləri müvafiq gömrük orqanına təqdim edib. Bundan sonra yükün qida təhlükəsizliyinin təyin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsində müvafiq ekspertiza aparılıb və məhslun təyin olunmuş normativlərə uyğun olduğu da müəyyən edilib. Eyni zamanda, idxalatçı şirkətin İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasına təqdim etdiyi nümunənin kimyəvi analizi də aparılıb və laboratoriyanın sınaq nəticələrinə dair protokolunda nəmliliyin normaya uyğun olduğu göstərilib.



 

Qanunvericilikdə nəzərdə tutulan bütün prosedurlar həyata keçirildikdən sonra “Qualiko” əmtəə nişanı adı altında ölkəyə idxal olunan toyuq əti məhsulları gömrük rəsmiləşdirilməsindən keçirilib.

Gömrük rəsmiləşdirilməsi zamanı müvafiq gömrük orqanına təqdim olunan sənədlərin surəti ilə aşağıda tanış ola bilərsiniz.