Son vaxtlar toy karvanlarında avtomobillərin qayda pozması məsələsi dəfələrlə DYP tərəfindən gündəmə gətirilib.
Avtomobili “zadni” sürənlər, “ikitəkər” edənlər az deyil.
TİA.AZ avtosfer.az-a istinadən bildirir ki, bizdən fərqli olaraq çeçn toylarında avtomobilləri bir-birinə vurub əzmək dəbdir. Demək olar ki, əksər toylarda sürücülər bir-birinin avtomobilini əzir. Maraqlıdır ki, buna görə heç kim narahat da olmur.