Son zamanlar efirlərimizdə yenə də falçıların qalmaqallı verilişlərinə rast gəlinir. Bir sözlə falçıların təbliğ edildiyi verilişlərdə həmişə olduğu kimi insanlarımıza yanlış məlumatlar verilir. Məsələn, yaxını itkin düşən adam hələ də ümidlidir ki, onun adamını qulağı sırğalı falçı tapacaq.
Yazıçı, Əməkdar Jurnalist İradə Tuncay Moderator.az-a açıqlamasında bildirdi ki, bir ziyalı kimi bu tip verilişləri ümumiyyətlə izləmir:
“Belə verilişlərə baxmıram və onların nə etdiyindən xəbərim yoxdur. Bu tip verilişlərə baxmıramsa, deməli bəyənmirəm. Nadir hallarda olur ki, AzTV-də, İTV-də ədəbiyyatımızla, mədəniyyətimizlə bağlı gözəl verilişlərə baxıram. Realiti şoular mənim proqramlarım deyil və baxıb özümü əsəbiləşdirmək istəmirəm. AzTV bu gün səviyyəsini saxlayan və tamaşaçısına hörmət edən kanallardan biridir və ona görə də bu kanala daha çox baxıram”.