“Göy üzü çox hərəkətlidir. Bir neçə önəmli planetin tranziti və retrosu yaşanır”.
Bu sözləri Tribunainfo.az-a açıqlamasında azərbaycanlı astroloq Aytən Salami bildirib.
Astroloqun sözlərinə görə, ilk öncə günlük motivasiyalarımızı, həyat tərzi və istəklərimizi, bilinç altımızı tənzimləyən göy cismi Aydan danışmaq istəyirəm. Çünki Ay hal-hazırda Balıq bürcündə hərəkət edir. Şimal Ay düyümü ilə birləşmədədir. Günəş də Xərçəng bürcündədir. Həmçinin ən böyük və pozitiv planet olan Yupiter də Xərçəng bürcündədir. O zaman bu gün daha çox su ünsürlü bürclərin çoxluğu var. Daha həssas, duyğusal bir ruh halında ola bilərik.
A. Salami qeyd edib ki, bizi bu həftənin sonunda çox önəmli Yeni Ay gözləyir. Yeni Ay Xərçəng bürcündə olacaq. Bu zaman həyatımızda çox böyük dəyişikliklər baş verə bilər. Dünəndən etibarən böyük, karmik planet olan Saturn Qoç bürcündə retro hərəkətə başladı. Bu Saturnun sonuncu dəfə Balıq bürcündə olan retrosudur. Yəni, artıq Qoç bürcündə 1 dərəcə retro ya başlayıb. Bu retro noyabr ayına qədər hərəkətdə olacaq. Saturn daha ağır hərəkət edən göy cismidir. Balıq bürcündə tamamlanmamış mövzuları gündəmə gətirəcək. Almadığımız dərsləri alacağıq. Sonra birdəfəlik Qoç bürcünə keçəcək. 2 il Qoç bürcündə hərəkət edəcək.
Bu həftə sonu çox önəmli bir retro da yaşayacağıq. Danışıq, ünsiyyət planeti olan Merkuri də retroya başlayır. Bu retro Şir bürcündə başlayıb Xərçəng bürcünə doğru hərəkət edəcək. Bu retro isə avqustun 12-nə qədər davam edəcək. Həll etmədiyimiz, yarım qalan mövzularımız varsa onlar gündəmə gələcək. Yeni bir şeylərə başlamasaq, imza atmasaq daha məsləhətlidir.
Dəniz Pənahova