Bu tarixdən sonra internetdən imtina edənlər cərimələnəcəkbackend

Bu tarixdən sonra internetdən imtina edənlər cərimələnəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bölgələrdə internetden imtina edənlər və şərikli internetlə bağlı statistika indiyədək açıqlanmayıb. Bildiyim qədər hər bir bölgədə çox sayda abunəçilər modemləri qaytararaq internetdən imtina edirlər. “Aztelekom” da bildirib ki, qiymət artımından bir ay sonra, yəni 15 sentyabrdan sonra internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və əgər imtina olarsa onlar cərimələnəcək.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzün sözlərinə görə, “Aztelekom” heç kəsi cərimələyə bilməz:

“”Aztelekom” iddia edir ki, abonent bir il istifadə edəcəyi ilə bağlı müqaviləyə imza atıb. Abonentin isə bundan xəbəri yoxdur.
Xatırladıram ki, qanuna zidd formada tərtib olunaraq imzalatdırılan müqaviilələrin hər hansı hüquqi əsası yoxdur.

“Aztelekom”un hər abonentə minimal 100 Mb/s sürət iddiası iflasa uğrayıb. Açıqlanan məlumatlardan görsənir ki, təqdim edilən sürətlər müqavilədə nəzərdə tutulanlardan xeyli aşağıdır. Bununla bağlı İKTA -ya və Antiinhisara da xeyli şikayətlər daxil olduğu bildirilir

Sektorun tənzimləyici qurumu olan İKTA indiyədək bir dəfə də olsun bu məsələyə münasibət bildirməyib, daxil olan kütləvi şikayətlər və kütləvi imtinalarla bağlı heç bir açıqlama verməyib.
Bir dəfə də olsun “Aztelekom”un müqavilələrini araşdırmayıb, 100Mb/s sürət qəbul etmək üçün texnoloji imkanı olmayan bir abonentlə belə bir sürət üçün necə, hansı əsasla müqavilə bağlanmasını araşdırmayıb.
Bir dəfə də olsun “Aztelekom”da monitorinq aparmayıb ki, görsün, bu qurum hər bir abonetə 100 Mb/s sürət verə bilir, yoxsa onun ümumiyyətlə belə bir texniki-texnoloji imkanı yoxdur.

Anlamıram ki, bunlar olmayacaqsa, operatorlar və provayderlər öz bildiklərini edəcəksə, onda yüzlərlə işçisi olan bu tip tənzimləyici qurum yaratmağa, onu saxlamağa nə ehtiyac var?.

Nigar