BU TARİXDƏN ETİBARƏN “QONDARMA DAĞLIQ QARABAĞ RESPUBLİKASI” FƏALİYYƏTİNİ DAYANDIRIR

BU TARİXDƏN ETİBARƏN “QONDARMA DAĞLIQ QARABAĞ RESPUBLİKASI” FƏALİYYƏTİNİ DAYANDIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağın prezidenti” Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək onların departament tabeliyində olan bütün dövlət qurum və təşkilatlarının ləğvi barədə göstəriş verib.

Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, “Qarabağın prezidenti” Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək onların departament tabeliyində olan bütün dövlət qurum və təşkilatlarının ləğvi barədə göstəriş verib.

Bu Fərman qüvvəyə mindikdən sonra Qarabağ əhalisinə, xüsusən də respublika hüdudlarından kənarda olanlara tövsiyə olunur ki, “məsələ ilə bağlı müstəqil və fərdi qərar qəbul etmək üçün Azərbaycanın təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar”

Fərmanda bildirilir ki, dərc edildikdən dərhal sonra qüvvəyə minir.
Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər . Ermənistanın baş naziri bildirib ki, onun ölkəsi bütün nəqliyyat və iqtisadi dəhlizləri açmağa hazırdır.