“Artsaxın Hüquqlarını Müdafiə Şurası” 12 iyul tarixində mitinq keçirəcək.
Tribunainfo. Az məlumat verir ki, separatçılar İrəvanda meydana toplaşacaq.
Bəyanatda deyilir ki, yürüş
iyulun 12-də, saat 18:00-da Azadlıq Meydanından başlayacaq. “Biz buradan müvafiq dövlət qurumlarına yürüş edib, kütləvi itaətsizlik aksiyaları keçirəcəyik.
Biz vədlərimizdə qətiyik və seçilmiş yoldan dönməyəcəyik. Hərəkətlərimizin təfərrüatını həm müsahibə zamanı, həm də yerində, birbaşa əlaqə formatında açıqlayacağıq.
Məqsədimiz ümumi məqsəd naminə vahid, əlaqələndirilmiş və səmərəli əməkdaşlığı təmin etməkdir”.
Fərda Uğur