Bu tarixdə Azərbaycana payız gəlir

Bu tarixdə Azərbaycana payız gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.​

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından  verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq. ​
Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq. ​
Payız fəslinin uzunluğu 89 gün 20 saat 37 dəqiqə 23 saniyə olacaq.