Bu sürücülər 150 manat cərimələnəcək

Bu sürücülər 150 manat cərimələnəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülərin 150 manat cərimələnməsinə dair layihə qəbul edilib.

Tribunainfo.az xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

 

Məcəllənin hazırkı variantında qeyd edilib ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 100 manat məbləğində cərimə edilir.

Dəyişikliklə bu cərimə 100 manatdan 150 manata qaldırılır.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.